RU

Çin Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

Çinin xarici işlər naziri Vanq Yi respublikanın ərazi bütövlüyünü dəstəkləməyin zəruriliyini qeyd edib.

Turkustan.az xəbər verir ki, Çinin xarici işlər naziri Van Yi Suriya ilə bağlı açıqlama verib. O, bildirib ki, beynəlxalq ictimaiyyət Suriyaya qarşı illərlə tətbiq edilmiş birtərəfli sanksiyaların ləğvinə çalışmalı və onun ərazi bütövlüyünü dəstəkləməlidir.

"Beynəlxalq ictimaiyyət Suriyanın suverenliyini və ərazi bütövlüyünü effektiv şəkildə müdafiə etməli, onun milli və dini ənənələrinə hörmət etməli və Suriya xalqının müstəqil qərarlar qəbul etməsinə imkan verməlidir", - Çinin xarici işlər naziri misirli həmkarı Bədr ilə görüşündən sonra jurnalistlərə açıqlamasında vurğulayıb.

“Bütün ölkələr birgə yardım əlini Suriyaya uzatmalı və ona qarşı uzun illərdir tətbiq edilən qeyri-qanuni birtərəfli sanksiyaların ləğvinə nail olmalıdır”.

Çin diplomatının sözlərinə görə, Pekin ərəb respublikasında sülhün tezliklə bərpa olunmasının tərəfdarıdır. “Suriya gələcəkdə istənilən formada terror və ekstremist qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmalıdır”, - deyə o, yekunlaşdırıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
40
turkustan.az

1Источники