RU

Fidan-Blinken görüşündə atəşkəs mesajı: “Ən qısa vaxtda...”

Türkiyə xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşündə ABŞ və Türkiyə arasında əməkdaşlıq, Suriyada sabitliyin təmin edilməsi, İŞİD və PKK terror təşkilatlarının bölgədə qarşısının alınması məsələlərinin müzakirə edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir həmkarı ilə bəzi məsələlərlə bağlı razılaşdıqlarını söyləyib.

“Prioritetlərimiz ən qısa vaxtda Suriyada sabitliyin təmin edilməsi, terrorun özünə yer tapmasının, İŞİD və PKK-nın orada hökmranlığının qarşısının alınmasıdır.

Suriya xalqı Bəşər Əsəd rejiminin zəncirlərindən xilas oldu. Region ölkələrinin Suriya xalqının öz qərarını verəcəyi bir gələcəyə necə dəstək verə biləcəyini müzakirə etdik. Suriyada görmək istədiklərimizlə bağlı geniş anlaşma var”, - deyə Fidan vurğulayıb.

Türkiyə xarici işlər naziri bildirib ki, Blinkenlə ən qısa vaxtda Qəzzada atəşkəsin əldə edilməsi barədə razılaşıb:

“Artıq həm ABŞ, həm də Türkiyə digər tərəfdaşları ilə birlikdə intensiv şəkildə bölgədə atəşkəs üzərində işləyir. Amma təəssüf ki, regionda zorakılıq spiralı dayanmır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
51
teleqraf.com

1Источники