RU

Yeni dövlət rüsumları müəyyənləşir

Yeni dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:

– Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.

– Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.

– Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.

– Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.

– Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.

– Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

– Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.

– Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.”;

Ən sərfəli kredit üçün müraciət et

Избранный
12
49
banco.az

10Источники