RU

Namizədliyi irəli sürülən şəxslərin sayı 3662 nəfərə çatıb

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, iclasda Ədalət, Hüquq, Demokratiya, Milli Cəbhə, Milli Dirçəliş Hərəkatı, Ana Vətən və Böyük Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, 2025-ci ilin 29 yanvar tarixinə təyin edilən bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülən şəxslərin sayı 3662 nəfərə çatıb.

Lamiyə Məmmədova

Избранный
24
qafqazinfo.az

1Источники