Rusiya ordusu ATACMS raketlərinin Taqanroqdakı hərbi aerodromuna hücumuna cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən mühüm yanacaq-energetika infrastruktur obyektlərinə yüksək dəqiqliklə zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Amerikanın uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın yanacaq-energetika infrastrukturunun mühüm obyektlərinə kütləvi zərbələr edirib”, - deyə nazirlikdən bildirib.
Bildirilib ki, zərbələr yüksək dəqiqlikli uzaqmənzilli raket və pilotsuz uçuş aparatları ilə endirilib./Cebheinfo.az/