RU

Aİ Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

Aİ Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Gürcüstan hakimiyyətinə qarşı sanksiyaları, o cümlədən bu ölkənin diplomatları və rəsmiləri üçün viza rejiminin mümkün tətbiqini müzakirə edəcəklər. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi bildirib."Dekabrın 16-da baş tutacaq görüşdə mümkün yeni tədbirlərlə bağlı müzakirələr aparılacaq. Bəli, repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı mümkün sanksiyalar, həmçinin diplomatlar və rəsmilər üçün viza rejiminin yenilənməsi imkanları müzakirə olunacaq", - deyə o bildirib.Eyni zamanda diplomat vurğulayıb ki, Aİ hazırda Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etməyi düşünmür, çünki onlar ölkə hakimiyyətinin hərəkətlərinə görə pul ödəməli deyillər: “Gürcüstan xalqı qorunmalıdır, o, hökumətin hərəkətlərinin əvəzini ödəməməlidir”.

Избранный
41
50
afn.az

10Источники