RU

NATO Müdafiə Kollecinin “Ali kurs” heyəti ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadi layihələr barədə məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenvə onun rəhbərlik etdiyi "Ali kurs"un heyəti ölkəmizə "SahəAraşdırmaları səfəri" çərçivəsində ADA Universtitetində və "BakıBeynəlxalq Dəniz Ticarət Limanı" QSC-də olub.

Müdafiə Nazirliyindən Trend-əbildirilib ki, ADA Universitetində keçirilən tədbiri giriş nitqiilə prorektor, Milli Məclisin deputatı Fariz İsmayılzadə açıb.

Sonra fəxri qonaq qismində dəvət olunan Azərbaycan RespublikasıPrezidentinin köməkçisi – Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiricənab Hikmət Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdəgörməkdən məmnun olduğunu qeyd edib. Cənab H.Hacıyev "Azərbaycanınxarici siyasəti", "Regional Təhlükəsizlik və yeni çağırışlar"mövzularında çıxış edib, qonaqları maraqlandıran suallarıcavablandırıb.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər NazirliyininAmerika İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru EsmiraCəfərova "Azərbaycanın Enerji Strategiyası" mövzusunda təqdimatverərək ölkəmizin iştirak etdiyi regional və dünyəvi iqtisadilayihələr barədə qonaqları məlumatlandırıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsipolkovnik Ramil Şükürov tərəfindən ölkəmizdə ordu quruculuğuistiqamətində görülən işlərdən danışıb, həmçinin "Azərbaycan-NATOəməkdaşlığı" və "Müdafiə strategiyası" mövzularına dair təqdimatverib.

NATO Müdafiə Kollecinin "Ali Kurs"unun dinləyicilərininünvanladığı suallar çıxış edənlər tərəfindən cavablandırılıb.
Tədbirdə, həmçinin Slovakiya Respublikasının ölkəmizdəki fövqəladəvə səlahiyyətli səfiri Milan Layçak, Latviya Respublikasınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, MüdafiəNazirliyinin və ADA Universitetinin nümayəndələri iştirakediblər.

Daha sonra NATO nümayəndə heyəti "Bakı Beynəlxalq Dəniz TicarətLimanı" QSC-ni ziyarət edib.

Görüşdə qonaqlara Bakı Limanının tarixi, fəaliyyət sahələri,strateji əhəmiyyəti, beynəlxalq əlaqələri və gələcək inkişafplanları haqqında ətraflı məlumat verilib. Həmçinin limanınyükdaşımaları, logistik xidmətlər, ətraf mühitin qorunması vərəqəmsal transformasiya sahələrindəki uğurları haqqındadanışılıb.

Limanın ərazisindəki müasir infrastruktur və obyektlərlə tanışolan qonaqlar limanın inkişafı və gələcək perspektivləri barədəəldə etdikləri məlumatlardan məmnun olduqlarını ifadə ediblər.

NATO
NATO
NATO
NATO
NATO
NATO
Məqalədə:
Избранный
20
29
az.trend.az

10Источники