Gürcüstan Prezidenti Salome Zurabişvili dövlət başçısı kimi səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcəyini bildirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bu barədə televiziya ilə çıxışında danışıb.
“Heç yerə getməyəcəyəm. Məndən həmişə bu barədə soruşurlar, burada qalacağam”, - Zurabişvili deyib.