RU

Çin millisinin sabiq baş məşqçisi 20 il müddətinə həbs edildi

Futbol üzrə Çin millisinin sabiq baş məşqçisi Li Ti rüşvətxorluqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Fanat.Az "Reuters"ə istinadən xəbər verir, o, 2015-2021-ci illər aralığında 120 milyon Çin yuanı almaqda ittiham olunur.

Li Ti 2019-cu ildən 2021-ci ilə qədər Çin millisini çalışdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.

Избранный
28
3
fanat.az

4Источники