RU

Kişi hansı qohumları ilə evlənə bilməz?

Kişi hansı qohumları ilə evlənə bilməz?

İslam dinində evlənilməsi haram olan qohumlar ayə və hədislərdə açıqlanmış və bunların xaricində qalanlarla evlənməyin halal olduğu açıq şəkildə bildirilmişdir.

Qlobal.net xəbər verir ki, evlənilməsi haram olan qadınlar bunlardır:

  • Ana, ana və ya ata tərəfindən olan nənələr,
  • Qız, oğlan və qızın uşaqları, yəni nəvələr,
  • Bacı, qız və oğlan bacının qızları,
  • Bibi, xala,
  • Həyat yoldaşının anası,
  • Yoldaşı ilə cinsi əlaqədə olmuşdursa, onun əvvəlki ərindən olan qızı,
  • Oğlunun həyat yoldaşı,
  • Nikahları davam etdiyi müddətdə həyat yoldaşının bacısı, xalası və bibisi (yoldaşından ayrılmadan bunlarla evlənmək olmaz),
  • Bütə, oda, ulduza inananlar,
  • Süd ana, süd bacı, süd bibi, süd xala və başqalarının nikahında olan qadınlar (ən-Nisa, 4/23-24; Məvsili, əl-İxtiyar, 3/84-86).

Bunlardan başqa qalanlarla, əgər başqa bir evlilik maneəsi yoxdursa, evlənmək caizdir. Nisa surəsində evlənilməsi haram olan qohumlar sadalanandan sonra belə buyurulmuşdur: “Bunların xaricində qalanlarla evlənmək sizə halal edilmişdir.” (ən-Nisa, 4/24).

Yuxarıda sadalananların xaricindəki qohumlarla evlənməyi qadağan edən bir dəlil yoxdur. Bəzi kitablarda qeyd olunan “Yaxın qohumlarla evlənməyin; çünki uşaqlar zəif doğular.” (İbn Həcər, ət-Təlxisu’l-Xəbîr, 3/308-309 [1481]) şəklindəki hədis etibarlı mənbələrdə yer almır. Bu mövzuda zikr edilən “Zəif uşaqlar dünyaya gətirirsiniz. Buna görə də yad qadınlarla evlənin.” sözü Hz. Peyğəmbərə (s.a.s.) deyil, Hz. Ömərə aiddir (İbn Həcər, ət-Təlxisu’l-Xəbîr, 3/308-309 [1481]). Hz. Peyğəmbər (s.a.s.) bibisinin qızı Zeynəb binti Cahş ilə evləndiyi kimi (əl-Əhzab, 33/36-38), öz qızı Hz. Fatiməni də əmisi oğlu Hz. Əli ilə evləndirmişdir.

Fatimə
Qlobal.net

Избранный
32
qlobal.net

1Источники