RU

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Hesablama Palatasından bildirilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev iştirak ediblər.

İclasda “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələr zamanı bəzi məsələlərə dair Milli Məclisin deputatları tərəfindən bir sıra fikirlər irəli sürülüb, təkliflər səsləndirilib.

Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.

Sonda gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Избранный
36
11
azpolitika.info

10Источники