RU

"Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək" - Kit Kelloq

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək.

"Report"un məlumatına görə, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalının efirində bildirib.

O, seçilmiş prezidentin inauqurasiya mərasiminə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini dəvət ediləcəyini istisna etməyib.

"O, belə bir şey etsəydi, təəccüblənməzdim. Bunu edə bilərmi? Təbii ki, edə bilər. O, belə cəsarətli addım ata bilər. Rusiya və Ukraynaya gəldikdə, həqiqətən, hər şeyin yaxın bir neçə ay ərzində həll olunacağına inanıram. Çünki o, bunu edə biləcək yeganə şəxsdir”, - Kelloq Trampın iki ölkənin prezidentlərini inauqurasiya mərasiminə dəvət edib, sonra isə münaqişənin həlli üçün onlarla danışıqlar aparmaq niyyətində olub-olmadığı sualına cavab verib.

Qeyd edək ki, Tramp noyabrın 27-də köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə Kelloqun namizədliyini irəli sürüb.

Избранный
36
7
azpolitika.info

8Источники