Belə ki, cənub-şərq küləklərinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov VETENNAMİNE.AZ-a bildirib ki, noyabrın 27-dən gündüzdən 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s- dək güclənəcəyi gözlənilir.
“Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin 10 dərəcə aşağı enəcək. 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”.
Xidmət rəisinin sözlərinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin fəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
“Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək.
![Bir](https://scontent.fgyd20-1.fna.fbcdn.net/v/t39.30808-6/406041274_737284095109384_2783477949197866479_n.jpg?stp=dst-jpg_p526x296&_nc_cat=106&ccb=1-7&_nc_sid=5f2048&_nc_ohc=BiFGhoqjeAMAX_RriU7&_nc_ht=scontent.fgyd20-1.fna&oh=00_AfAmRuzI3fAG9QpBjhgo0nICB0c7NLl911PirnE_zeX0Lg&oe=65695EAA)
Vətən Naminə Mətbuat Xidməti