RU

Çilidə güclü zəlzələ baş verib

Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Xidməti, episentri Kuriko əyalətinin Molina şəhəri olan 6,4 bal gücündə zəlzələnin yerin 110 kilometr dərinliyində baş verdiyini açıqlayıb.

Səlahiyyətlilər zəlzələ nəticəsində insan tələfatının və dağıntıların olmadığını açıqlayıb.

Sosial mediaya əks olunan görüntülərdə bazar rəflərindəki məhsulların aşdığı görülüb.

Zəlzələ Kokimbo, Araukaniya, Valparaiso, Libertador Qral və Biobioda, xüsusilə də paytaxt Santyaqoda hiss olunub.

Избранный
12
2
cebheinfo.az

4Источники