RU

Rusiyada Viber messencerinə giriş məhdudlaşdırılıb - ÖZƏL

Rusiyanın mediaya nəzarət orqanı Roskomnadzor milli qanunları pozduğuna görə ölkədə Viber messencerinə girişi məhdudlaşdırıb.

Olaylar.az xəbər verir ki, bu barədə nəzarət qurumunun mətbuat xidməti məlumat yayıb.

"Viber xidmətinə giriş məlumat yayma platformaları ilə bağlı qanuni tələblərə əməl etmədiyi üçün məhdudlaşdırılıb. Bu tədbirlər messencerin terror və ekstremist fəaliyyətlər üçün istifadə edilməsi, vətəndaşların onları törətməyə cəlb edilməsi, narkotik vasitələrin satışı təhlükəsinin qarşısını almaq üçün lazımdır", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники