RU

“Qışdan sonra tam başqa “Şamaxı” görəcəyimizə inanıram” – Ayxan Abbasov

“Şamaxı” Misli premyer-liqasının 16-cı turunda “Səbail”lə heç-heçə etdi - 0:0.

“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovoyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bu gün oyunun gərgin keçəcəyini bilirdik. Hər iki komandaya xal lazım idi. Hava şəraiti çətinlik yaratdı. Hər iki komandanı təbrik edirəm. Ən əsas odu ki, zədə olmadı. Hər iki komandada epizodlar oldu. Çox böyük itiklərimiz var. Qış fasiləsinə qədər mübarizəni aparacağıq. “Şamaxı” yeni adlarla meydana çıxır. Rauf, Edqar - çempion komandanın heyətindəki futbolçular şans qazandı. Qışdan sonra tam başqa “Şamaxı” görəcəyimizə inanıram. Hər kəsi səbrli olmağa çağırıram. Azarkeşlərimiz bizdən qələbə gözdüyür. Gələn oyunlara hazırlaşacağıq.

- Cavid Hüseynov dedi ki, hava şəraitini nəzərə alıb stadionu öncədən təmizləmək olardı. Sizcə, olardımı?
- Ən önəmlisi futbolçuların zədələnməməsidi. Buna da hazır olmalıyıq. Qış aylarında oynayırıqsa, stadionda texniki vasitələr olmalıdı ki, meydança təmizlənsin.

ƏSƏD SEYİDOV

Избранный
32
football-plus.az

1Источники