RU

Kadir İnanırının xəstəxanadan sonrakı ilk fotosu

4 aylıq reanimasiyadan sonra evə buraxılan türkiyəli məşhur usta sənətçi Kadir İnanırın ilk fotosu ortaya çıxıb.

“Cebheinfo.az” xəbər verir ki, “Süreç Film”in sahibi Ali Gündoğdu müalicəsi davam edən Kadir İnanırı ziyarət edib.

Gündoğdu görüş fotosunu sosial şəbəkədə "Dəyərli sənətçimiz və ağsaqqalımız Kadir İnanırın səhhəti günü-gündən yaxşılaşır. 

İnşallah ən qısa zamanda sağlamlığına qovuşar" qeydi ilə paylaşıb.

Kadir İnanırın həyat yoldaşı Jülide Kural ötən həftələrdə ustad aktyorun səhhəti ilə bağlı bunları demişdi:

"Hər şey yaxşıdır. 

Vəziyyəti getdikcə yaxşılaşır". 

Qeyd edək ki, Yeşilçamın usta sənətçisi mart ayında beyin damarında yaranan laxtalanma səbəbindən 4 ay xəstəxana şəraitində müalicə almışdı. 

Избранный
41
2
cebheinfo.az

3Источники