RU

"Mango" geyim şəbəkəsinin yaradıcısı dağdan yıxılıb öldü

“Mango” geyimlər şəbəkəsinin yaradıcısı və İspaniyanın ən varlı adamlarından biri İsak Andik 71 yaşında Barselona əyalətində dağlarda vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Pais” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətləri bildiriblər ki, sahibkar ailə üzvləri ilə birgə Barselona əyalətində ekskursiyada olub. O, Montserrat dağ silsiləsindəki Salnitre mağaraları yaxınlığında 150 metr hündürlükdən yıxılaraq ölüb.

"Mango" şirkəti qurucusunun ölümünü təsdiqləyib.


Müəllif: Arzu
Избранный
27
teleqraf.com

1Источники