"Sabah" Misli premyer-liqasının 17-ci tur matçında "Araz-Naxçıvan"ın meydanından qalib ayrıldı - 1:0.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Düzü, hadisələrin axarı matçın "sülh"lə bitəcəyini düşündürürdü. Lakin künc zərbəsindən vurduğumuz qol sayəsində qələbə qazandıq. Vacib 3 xalı əldə etməyimiz komandada ruh yüksəkliyi yaradacaq.
- Təyinatınızdan sonra nəyi dəyişmisiz ki, ardıcıl qələbələr qazanırsız?
- Hələ ki, sadəcə işə yanaşma tərzini dəyişmişik. Daha çox məşq edirik. Fəallığımızı artırmışıq. Məncə, qarşıda bizi daha böyük uğurlar gözləyir.
- "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev klubun bazasını ziyarət etdi. Onunla daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiz?
- Həm "Sabah", həm də "Krasnodar" haqda danışdıq. Azərbaycandakı və Rusiyadakı futbolçuların işə yanaşma tərzini müzakirə etdik.
- Qış fasiləsiylə bağlı plan necədi? Vaxtın azlığı sizi narahat edirmi?
- Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Mən Niderlandda da çalışmışam. Orda da fasilə qısa olurdu. Hansısa problem yoxdu.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта