RU

"Atalanta"dan ardıcıl 10-cu qələbə, "Yuventus" heç-heçələri sıralayır - VİDEO

İtaliya A Seriyasında 16-cı turunda liderlər qələbə qazanıblar.

İdman.biz xəbər verir ki, "Atalanta" ardıcıl 10-cu dəfə meydanı 3 xalla tərk edib.

Berqamo təmsilçisi səfərdə "Kalyari"yə qalib gəlib. Yeganə qolu Nikolo Zaniola vurub.

"Napoli" isə "Udineze"ni məğlub edib. Məğlub vəziyyətə düşən neapollular fasilədən sonra 3 qol vuraraq, vacib qələbə qazanıblar.

"Yuventus"un məğlubiyyətsiz seriyası davam edib. Turin klubu autsayderlə görüşdə xal itirib. Komanda "Venesiya" ilə oyunda 90+5-ci dəqiqədə penalti zərbəsi ilə məğlubiyyərdən qaçıb. "Yuve" ardıcıl 4-cü dəfə heç-heçə oynayıb.

İtaliya A Seriyası
16-cı tur

"Kalyari" - "Atalanta" - 0:1

Избранный
21
1
day.az

10Источники