RU

Çində taxıl istehsalı 1,6 faiz artıb

Bakı. Trend:

Çində taxıl istehsalı ötən illə müqayisədə 1,6 faiz artaraq706,5 milyon tona çatıb. Bu, dünyanın ən iri taxıl istehsalçısıolan Çində illik taxıl istehsalının ilk dəfə 700 milyon tonukeçməsi ilə nəticələnib.

Trend-inməlumatına görə, Çinin Milli Statistika Bürosu istehsal artımındaəkin sahələrinin genişləndirilməsinin mühüm rol oynadığınıaçıqlayıb. İl ərzində taxıl əkin sahələri 0,3 faiz artaraqümumilikdə 119 milyon hektara çatıb. Həmçinin, ərazi vahidinə düşəntaxıl istehsalı 1,3 faiz artıb.

Çində son 9 ildir ki, taxıl istehsalı 650 milyon tondan çoxolur. Bu dövrdə ölkənin müxtəlif bölgələrində şiddətli yağışlar,daşqınlar və quraqlıq kimi əlverişsiz hava şəraiti istehsalınartımına mane ola bilməyib.

Bundan əlavə, Çində taxıl əkilən ərazilər il ərzində 100 milyonhektardan çox olub, bu da dünya üzrə əkin sahələrinin 9 faizinitəşkil edir. Lakin, yerli istehsal Çinin 1,4 milyard əhalisinintələbatını ödəmədiyi üçün, ölkə xaricdən taxıl və ərzaq məhsullarıidxal edir və bu idxal hər il artır. 2010-cu illə müqayisədə,2020-ci ildə ərzaq məhsulları idxalı 4,6 dəfə artıb.

Избранный
39
50
az.trend.az

10Источники