RU

Məşhur sənətkarın dəfninə 5 nəfər QATILDI - Kimsəsizlər qəbiristanlığında DƏFN EDİLDİ - FOTO

Milyonların əzbər bildiyi "Çilli Bom" mahnısının bəstəkarı Kenan Küçüközcan 77 yaşında Mersində dünyasını dəyişib.

Bir müddət əvvəl qocalar evində yaşadığı məlum olan sənətkarın dəfninə cəmi 5 nəfər qatılıb.

Məlumata görə, 1970-ci illərin məşhur bəstəkarı olan Kenan Küçüközcan 10 gün əvvəl qaldığı qocalar evində səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, o, orqan çatışmazlığı səbəbindən 77 yaşında vəfat edib.

Bir oğlunun olduğu məlum olsa da, uzun müddətdir onunla görüşməyən məşhur bəstəkarın cənazəsi Koyuncu məhəlləsindəki Çet Təpəsi qəbiristanlığına aparılıb. Başda imam olmaqla cəmi 5 nəfərin iştirak etdiyi cənazə namazından sonra sənətkarın nəşi kimsəsizlər qəbiristanlığında dəfn edilib.

Türk və ingilis dillərində mahnılar bəstələyən Küçüközcanın bir müddət ABŞ-da yaşadığı, 1996-cı ildə isə yenidən Türkiyəyə döndüyü bildirilir.

Məşhur sənətkarın dəfninə 5 nəfər QATILDI - Kimsəsizlər qəbiristanlığında DƏFN EDİLDİ - FOTOLAR

Избранный
30
7
news365.az

8Источники