“Mançester Yunayted” rəhbərliyində növbəti dəyişiklik gözlənilir.
İdman direktoru Den Eşvort İngiltərə klubunu tərk edəcək. “The Sun” qəzetinin xəbərinə görə, MY-nin premyer-liqanın 15-ci turunda “Nottingem Forest”ə məğlubiyyətindən (2:3) sonra Eşvort rəhbərliklə danışıb və nəticədə onun istefası qəbul olunub. Xatırladaq ki, funksioner 5 ay əvvəl idman direktoru təyin edilib. Eşvort Mançesterə gəlməzdən əvvəl “Nyukasl”da eyni vəzifədə çalışıb.
Yeri gəlmişkən, “Yunayted” premyer-liqada keçirdiyi 15 matçda 19 xal toplayıb və turnir cədvəlində 13-cü yeri tutur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта