RU

Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal əldə edib

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet birdən qaldırmada 183 kq-ı ram edərək dördüncü olub.

O, təkanla qaldırmada daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.

Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Xatırladaq ki, D.Dadaşbəyli ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Избранный
23
25
cbcsport.az

10Источники