RU

Basketbol: “Şəki” Qubadan qələbə ilə döndü

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış oyununda “Quba” “Şəki”ni qəbul edib.

B qrupu çərçivəsində baş tutan görüşdə ev sahibləri rəqiblərinə fasiləyə kimi müqavimət göstərə biliblər. Üçüncü periodda üstünlüyə yiyələnən “Şəki” inamlı qələbə qazanıb. Bu qələbə qonaq komandanı 2-ci pilləyə yüksəldib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Naxçıvan” “Neftçi”ni (83:72), “Sabah” “Sərhədçi”ni (67:64), “Ordu” “Sumqayıt”ı (115:81), “Gəncə” “Lənkəran”ı (94:66), “Abşeron” isə NTD-ni (89:75) məğlub edib.

Azərbaycan Basketbol Liqası
B qrupu, 6-cı tur
15 dekabr

“Quba” – “Şəki” 68:90 (17:25, 21:15, 10:22, 20:28)
Şəki Olimpiya İdman Kompleksi.

Xallar: Gəncə – 11. Şəki – 10. Ordu – 10. Quba – 8. Lənkəran – 8. Sumqayıt – 6.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
11
9
arena.az

10Источники