RU

"Ukrayna tərəfində döyüşən  6,5 min xarici muzdlu məhv edilib"

"Ukrayna

Xüsusi hərbi əməliyyatlar zamanı Ukrayna tərəfində döyüşən təxminən 6,5 min xarici muzdlu məhv edilib.

Bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Yuliya Jdanova bildirib.

Onun sözlərinə görə, 15 min əcnəbi Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq arzusunu bildirib. Onların əksəriyyəti Ukraynaya Polşa, ABŞ və Gürcüstandan gəlib.

Jdanova həmçinin qeyd edib ki, bir çox muzdlular rusofobiyaya görə Rusiyaya qarşı döyüşmək qərarına gəliblər. “Onlar ölkəmizin mülki əhalisini sözün əsl mənasında məhv etmək üçün gəlirlər”, - deyə “İzvestiya” qəzeti diplomatın sözlərindən sitat gətirir.

Cavid

Избранный
18
xalqcebhesi.az

1Источники