RU

ABŞ: Naməlum dronlarla bağlı xarici müdaxilə tapılmadı- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik naziri Alejandro Mayorkas, New Jersey və New York ştatları üzərində müşahidə olunan naməlum pilotsuz uçuş aparatlarının (PUA) hər hansı xarici ölkə ilə əlaqəsinin olmadığını bildirib. Bu barədə nazir ABC News telekanalına verdiyi açıqlamada danışıb.

"Şimal-şərq bölgəsində aşkarlanan dronlarla bağlı olaraq, bizə hər hansı xarici müdaxilə barədə məlumat daxil olmayıb. Bu məsələni detallı şəkildə araşdırırıq. İstintaqa Daxili Təhlükəsizlik Nazirliyi və FTB rəhbərlik edir", - deyə Mayorkas qeyd edib.

Bundan əvvəl New Jersey üzərində naməlum dron sürüsünün uçuşunun video görüntüləri yayımlanmışdı.

ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Tramp isə mövcud hökumətdən dronlarla bağlı həqiqəti amerikalılara açıqlamağı tələb edib. O, hökumət izahat verməsə, dronların vurulması ilə bağlı çağırış edib.

Eyni zamanda, alim Mayk Adams, New Jersey üzərindəki PUA-larla bağlı xəbərlərin ABŞ Hərbi Dəniz Qüvvələrinin məxfi sınaqları ilə əlaqəli ola biləcəyini irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники