RU

Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu gələn ilin əvvəli qüvvəyə minəcək

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bu gün keçirilən Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı brifinqdə məlumat verib.
O qeyd edib ki, "Qanununa görə kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1%-dək hissəsində tikilə bilər. Qeyd edim ki, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq Qanunla müəyyən edilib. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və 1% dair məhdudiyyətlər tətbiq edilmir"

Избранный
34
fed.az

1Источники