RU

Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 726 560 000 manat artırıldı

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırlır.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda səsə qoyulub qəbul edilən “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu məbləğ 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45 faizdən çoxdur.

Günay Şahmar, Bizim.Media

Избранный
6
bizim.media

1Источники