RU

Mahir Məmmədov: "Növbəti ildən şahmatçılar üçün təqaüd və dəstək proqramı nəzərdə tutmuşuq"

Növbəti ildən şahmatçılar üçün təqaüd və dəstək proqramı nəzərdə tutmuşuq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunlarına həsr olunan tədbirində qurumun prezidenti Mahir Məmmədov deyib.

O, nəzərdə tutulan işlər barədə danışıb:

"Növbəti ildən şahmatçılara təqaüd və dəstək proqramı nəzərdə tutmuşuq. O cümlədən şahmatçıların etik davranış qaydaları təsdiq olunaraq saytımızda yerləşdiriləcək. Tələbləri yerinə yetirəcək şahmatçıların üzünə bütün qapılar açıq olacaq. Proqlamlara bütün şahmatçılar dəvət olunacaqlar".

AŞF rəhbəri 2024-cü ili uğurlu adlandırıb:

"İl idman hadisələri ilə çox zəngin idi. İlk növbədə Ülviyyə Fətəliyevanın Avropa çempionu olmasını qeyd edərdim. Azərbaycan tarixində indiyədək olmamış nailiyyətdir. Ayan Allahverdiyevanın da uğurunu vurğulamaq istərdim. Gənc və uşaq şahmatçıların yarışında Ayanın uğurundan başqa qeyd edə biləcəyimiz heç nə olmadı".

Избранный
36
5
far.az

5Источники