RU

İsrail Qolan Təpələrində məskunlaşanların sayını artırır

Reuters-in verdiyi xəbərə görə, İsrail hökuməti işğal altındakı Qolan təpələrində məskunlaşanların sayını artırmaq planını təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından İsrail ordusu rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayıb və Suriya ərazisi olan Qolan təpələrinin işğalını genişləndirib.

"Reuters"-in verdiyi xəbərə görə, İsrail hökuməti "müharibə və Suriyanın üzləşdiyi yeni cəbhə işığında" və Qolandakı İsrail əhalisini ikiqat artırmaq istəyi ilə hərəkət etdiyini bildirərək, işğal olunmuş Qolan təpələrində İsrail yaşayış məntəqələrinin genişləndirilməsi planını təsdiqləyib.

İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada, "Qolan bölgəsinin gücləndirilməsi İsrail dövlətini gücləndirir və bu, hazırda xüsusilə vacibdir. Biz ondan möhkəm yapışmağa və yerləşməyə davam edəcəyik" - dedi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники