RU

İngiltərə millisinin sabiq üzvü Rusiya klubuna keçir

“Tottenhem”in sabiq yarımmüdafiəçisi Dele Alli Rusiyanın "Titan" media klubuna keçə bilər. 

 News24.az “Legalbet”ə istinadən xəbər verir ki, Rusiya klubu 28 futbolçunun transfer işləri ilə məşğul olan quruma sorğu göndərib. 

Alli “Titan”ın təklifini qəbul edərsə, ingilis oyunçu Media Liqasında ən çox maaş alan oyunçu ünvanına sahib çıxacaq. İngiltərə millisinin sabiq üzvü zədə səbəbindən iki ilə yaxındır ki, rəsmi oyunlarda iştirak etmir. Daha əvvəl isə yarımmüdafiəçi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməyi planlaşdırdığını bildirmişdi.

Xatırladaq ki, Allinin son klubu “Everton”dur. Onun klubla müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. O, əvvəllər "Beşiktaş" və "Tottenhem"də də çıxış edib. Dele İngiltərə millisində də 37 oyuna çıxıb və 3 qol vurub.\Sportal.az


Избранный
8
1
news24.az

2Источники