“Azərbaycan Məktəbi” jurnalının redaksiya heyətinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov jurnalın 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış edib.
News365.az xəbər verir ki, alim çıxışında “Azərbaycan Məktəbi” jurnalının yaranmasının dövrün tələblərindən irəli gəldiyini və bu dərginin zamanın ehtiyacı olduğunu qeyd edib:
"Jurnal təhsilimizin inkişafına xidmət edən ideyaların formalaşdırılmasında və cəmiyyətin maarifləndirilməsində əvəzsiz rol oynayıb".
Ə.Abbasov əlavə edib ki, jurnal təhsil siyasətimizin mühüm istiqamətlərini əks etdirən bir platformadır və hər zaman dövrün tələblərinə uyğunlaşaraq inkişaf edib.
O, jurnalın gələcəkdə də Azərbaycan təhsilinə xidmət etməyə davam edəcəyinə inandığını ifadə edib.