RU

MN-in sabiq idarə rəisinin cəzası artırıldı

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Demokrat.az "Report"-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 2 il 6 ay çoxaldılıb. Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlanılıb.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
19
20
demokrat.az

10Источники