RU

Xizək kurortunda zəhərlənərək öldülər

Gürcüstanın ən böyük dağ-xizək kurortu olan Qudauridə dəm qazından 12 nəfərin öldüyü bildirilib.

News24.az xəbər verir ki, polisin apardığı araşdırmada aşkarlanan 1 meyitin Gürcüstan vətəndaşına, digər 11 cəsədin isə xarici turistlərə aid olduğu bildirilib.

Polis ilkin məlumatlara görə, hadisənin bədbəxt hadisə olduğu ortaya çıxıb.

Səlahiyyətlilər bildiriblər ki, cümə günü binada elektrik enerjisinin kəsilməsindən sonra yanacaqla işləyən generator işə düşüb.

Günel Məlikzadə

Избранный
36
news24.az

1Источники