RU

Məhkəmələrlə bağlı bəzi qanunlara dəyişiklik edildi - FƏRMAN

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi Fərman imzalayıb.
Oxu.Az Prezident.az-a istinadən bildirir ki, fərmanla "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirdiyi müəyyən edilir. Həmin qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Həmin qanunun 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində "müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.
Eləcə də "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 12.0.21-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.
Fərmanla əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I); 2024, № 5 (I kitab), maddə 519) 7‑ci hissəsində aşağıdakı dəyişikliklər edilir:
- 7.1-ci bənddə birinci halda "altıncı" sözü "dördüncü" sözü ilə əvəz edilsin və həmin bənddən "onuncu hissəsinin ikinci-dördüncü, altıncı və yeddinci abzaslarında," sözləri çıxarılsın;
- aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:
"7.1-1. həmin qanunun 93-3-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";
- 7.9-cu bəndə "birinci cümləsində" sözlərindən sonra "və 96-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində" sözləri əlavə edilsin.
"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 17 (Cild I) aşağıdakı dəyişikliklər edilir:
- 1.5-ci bənddə "və Hakimlərin Seçki" sözləri ", Hakimlərin Seçki Komitəsinin və Hakimlərin Qiymətləndirilməsi" sözləri ilə əvəz edilsin;
2-ci hissə üzrə:
- 2.2-ci bənddən ", 13.3-cü" sözləri çıxarılsın;
aşağıdakı məzmunda 2.3‑1‑ci bənd əlavə edilsin:
"2.3-1. həmin Qanunun 12.0.21-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi" dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur;".
"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış olmaq mümkündür.
Избранный
28
11
oxu.az

10Источники