RU

Azərbaycan  - “Azərbaycan SSR ərazisində”?

Nazirlər Kabineti “SSR”-dən qopmaq istəmir

Mənzil təminatı ilə bağlı qanunvericilik bazasında axtarışa çıxarkən “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 N:-li Qərarını tapanda 41 ilin “sovet sosialist” qərarının qüvvəsiz olduğunu güman etdik. Heç demə,yanılmışıq. Qərar qüvvədədir və sonuncu yol 3 il qabaq QARABAĞ ZƏFƏRİNİN 1-Cİ İLİNDƏ NK-nın 19 noyabr 2021-cu il tarixli 361 N:-li Qərarı ilə Qaydaların 11-ci bəndindən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin verdiyi” sözləri çıxarılıb.

Qərarın, qaydaların içindəki “sovet , sosialist, Böyük Vətən” və s. terminoloğiyasını bir yana qoyaq, bəs başlıqdakı “SSR”-i çıxarmağa nə mane olur? Axı dövlətin BAŞ QANUNU - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASInda AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNİN vahid, toxunulmaz, bölünməz olduğu doğrulanıb. Burda harda “Azərbaycan SSR ərazisi” yazılıb? Yoxsa Nazirlər Kabineti SSR-dən qopmaq fikrində deyil, hələ də sovetin, sosialist ölkəsinin xiffətini çəkir?

Təkcə hazırkı Baş naziri qınamaq olmur, 41 il qabaq Azərbaycan SSR  Nazirlər Sovetinin sədri H. Seyidovun, işlər müdirinin müavini P. Krutovun imzaladığı qərarla təsdiq olunan qaydalarda indiyədək 1999-cu ildən 2021-ci ilə kimi 9 dəfə xırda dəyişiklik olub. Nə Artur Rasizadənin, nə Novruz Məmmədovun, nə də Əli Əsədovun  bir addımlıqdakı PA-dan “yada salan” olmayıb ki, Azərbaycan- “Azərbaycan SSR ərazisində”n 35 il olar çıxıb.

“Azərbaycan SSR” ərazisində” Qarabağ, Vətən savaşı veteranlarının, qazilərinin hansı hüququndan danışmaq olar?

Məğrur BƏDƏLSOY

Избранный
32
hurriyyet.az

1Источники