RU

Sabah bürcləri nə gözləyir?

17 dekabrda bürcləri NƏ GÖZLƏYİR?

Milli.Az 17 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir:

QOÇ - Məsləhət görərdik ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

BUĞA - İstənilən yaradıcılıq işləri ilə məşğul olmaq olar: ideyalarınız yaxşıdır, təb sarıdan da şikayətlənməyə səbəb yoxdur. Bu gün o günlərdəndir ki, çox asanlıqla vurula və başınızı itirə bilərsiniz. Amma bu, heç bir problemə səbəb olmayacaq.

ƏKİZLƏR - Bu günü sakit, təlaşsız və tələskənlik olmadan keçirin. Risk etməyə, bir qədər şübhəli görünən işlərə girişməyə dəyməz. İntuisiyanız sizi pis vəziyyətdə qoya bilər. Ona görə də qərarların qəbulu zamanı məntiqə və sağlam düşüncəyə arxalanmaq lazımdır. Daha yüksək mövqe tutan insanlarla işgüzar əlaqələr məsləhət deyil. 

XƏRÇƏNG - Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.

ŞİR - Şəraitə uyğunlaşmaq, ilk baxışdan keçilməz sədləri seçmək bacarığı köməyinə çatacaq. Pul gəlirləri mümkündür. Bu gün gələn iş təklifləri çox sərfəlidir. Lakin nəzərə almaq lazımdır ki, pul qazanmaq üçün səy göstərmək lazımdır. Sevgililər asanlıqla dil tapacaq, incikliklər nadir hallarda baş verəcək.

QIZ - Bürcünüz üçün aktiv olan bu təqvimdə hansısa ciddi problemlə rastlaşma ehtimalınız yoxdur. Əksinə, uğurlu nəticələrdən xəbər verən çoxsaylı görüş və sövdələşmələrdə iştirakınız baş verəcək.

TƏRƏZİ -Hadisələr istiqamətini və emosional fonunu dəyişsə də, mühüm işlərin siyahısı dəyişməz qalır.

Axşam saatlarında önəmli xəbər alacaqsınız. O xəbər sizi yeni informasiya aramağa vadar edəcək.

İşdəki perspektivləriniz, maddi durumunuz barədə düşünün. Hətta ən cazibədar təklifə müsbət cavab verməyə tələsməyin.

Axşam saatlarında yaşam arealınızı bir qədər genişləndirin, maraqlı yerdə istirahət etməyə çalışın.

ƏQRƏB - Yaramaz adamlardan uzaq olun. Çünki sizə qarşı pislik etmək istəyənlər çoxdur. Hər hansı mübahisə və prinsipiallıq isə sizin üçün deyil. Boş məsrəflərə çox pul xərcləməyin. 

OXATAN -Günün birinci yarısını nəzərə almasaq, qalan saatlar bürcünüz üçün düşərli olacaq. Yeni simalarla rastlaşmağınız, işgüzar proseslərdə dəstək almağınız gərginliyinizi azaldacaq.

OĞLAQ - Qarışıq, laübəli zamandır. Yaşam tonusunuzun səviyyəsi yüksək olmadığından praktik davranın. Mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq üçün rutinlikdən qurtulun. Hadisələrin təhlilində çətinliklər yarana bilər. Olaylara gərəkli reaksiya verin.

Günün ikinci yarısında sənədlər imzalamayın, vədlər verməyin. Yaxın gələcəklə bağlı planlar üçün münasib zaman deyil.

Sözlərinizdə ehtiyatlı olun. Yüz ölçüb bir biçin. Əks təqdirdə yanlış anlaşılma riski var. Axşam saatlarında rasionunuza və səhhətinizə fikir verin. Ailə üzvlərinin qayğısına qalın.

DOLÇA - Fiziki və intellektual baxımdan aktiv olun. Mübahisədə opponentə üstün gələ bilərsiniz. Fikrinizi, mövqeyinizi arqumentlərlə qoruyun. Sirlərinizi hifz edin. Başqalarına söyləmək istəmədiyiniz məqamlardan biri faş ola bilər - ehtiyatlı davranın.

Dəyər verdiyiniz, inandığınız insanların dediklərinə günün ikinci yarısında qulan asın. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün qətiyyətli olun.

Axşam saatlarında normal istirahət edin.

BALIQLAR - Pulla bağlı məsələlərin həllini günortaya təxirə salmaq daha yaxşıdır - bu zaman əlverişli olacaq. Ancaq görüşlər, o cümlədən romantik görüşlər səhərə planlaşdırıla bilər: hər halda, yaxşı keçəcək. Dostlarla səyahətə çıxan Xərçənglər yaxşı vaxt keçirəcəklər. /News24.az

Milli.Az

Избранный
45
3
milli.az

4Источники