RU

Avropa İttifaqı bu ölkələrə sanksiya tətbiq etdi


Avropa İttifaqı Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikasına məxsus 84 fiziki və hüquqi şəxsə qarşı 15-ci sanksiyalar paketini qəbul edib.
.
Bakupost.az xəbər verir ki, bu barədə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində verdiyi bəyanatda bildirilir.

"Aİ Şurası 54 fiziki şəxs və 30 hüquqi şəxsə qarşı 15-ci sanksiyalar paketini təsdiqləyib" - deyə sənəddə qeyd olunub.

Sanksiyalar, o cümlədən Avropa İttifaqının Rusiyaya elektronika və pilotsuz uçuş aparatlarının komponentlərini tədarük etməkdə şübhəli bildiyi 2 KXDR rəsmisinə və bir neçə Çin şirkətinə qarşı da tətbiq edilib.

Bundan əlavə, Rusiya neftini daşıyan tankerlərə qarşı məhdudiyyətlər də sanksiyalar apketinə daxil edilib.

Lalə Novruz, BakuPost
Избранный
22
bakupost.az

1Источники