RU

Naxçıvanın büdcə gəlirləri artıb, xərcləri azalıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 234 milyon 131,1 min manat təşkil edib.

Bu barədə Fins.az Muxtar Respublikanın Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% çoxdur.

Eyni zamanda sözügedəb dövr ərzində büdcə xərclərində də nəzərəçarpacaq dərəcədə dəyişikliklər olub. Belə ki, bu ilin ilk 11 ayında Muxtar Respublikanın büdcəsinin xərcləri 365 milyon 484,6 min manat təşkil edib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır.

Fuad Mədətov
Fins.az

Избранный
10
3
fins.az

6Источники