RU

Əl-Culani Suriyadakı druz icması ilə GÖRÜŞDÜ

Əl-Culani Suriyadakı druz icması ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb. Bildirilir ki, “Həyat Təhrir əş-Şam”ın (HTŞ) lideri əl-Culani Suriyada daha əvvəl İsrailə qoşulmaq istəyini bildirmiş druz icmasının nümayəndələri ilə görüş keçirib.

Söhbət zamanı əl-Culani vurğulayıb ki, “Suriya vahid ölkə olaraq qalmalı, sosial ədaləti təmin etmək üçün dövlətlə müxtəlif icmalar arasında sosial müqavilə yaradılmalıdır”.

O, əmin edib ki, druz icması Suriyanın tərkibində qalacaq.

Druzlar – ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblərdir. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
25
interpress.az

1Источники