RU

Uğurları ilə fərqlənən uşaq və gəncləri ictimaiyyətə təqdim etmək lazımdır - Bahar Muradova

"Qalib ölkənin qalibləri" layihəsi üçüncü dəfə keçirilir və artıq bunun ənənəvi xarakter aldığını deyə bilərik. Düşünürəm ki, hər bir ilin yekununda Azərbaycanda uğurları ilə fərqlənən uşaq və gəncləri layihə çərçivəsində ictimaiyyətə təqdim etmək lazımdır”.TƏHSİL.BİZ  xəbər verir ki, bunu bu gün "Qalib ölkənin qalibləri - 2024" yarışmasının mükafatlandırma mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.Komitə sədri qeyd edib ki, Azərbaycan bu gün qalib ölkə olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir:"İstənilən xalqın, dövlətin bu günü və gələcəyi üçün görməli olduğu ən vacib iş insan kapitalının inkişafına sərmayə qoymasıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu işi Heydər Əliyev tərəfindən dövlət prioriteti kimi dəyərləndirilmişdi. Hazırda isə Prezident İlham Əliyevin apardığı siyasət yalnız regionda deyil, digər ölkələrdə də xalqlar üçün nümunədir. Bilirik ki, Azərbaycan böyük inkişaf yolu keçib və bu yol bizim üzərimizə vəzifələr qoyub və biz bu gün dövlət başçısının rəhbərliyi ilə bu vəzifələrin öhdəsindən çox asanlıqla gəlirik", - deyə B.Muradova bildirib.

 

Избранный
20
tehsil.biz

1Источники