Bakı. Trend:
İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlaradaha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadəolunur.
Trend xəbərverir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədriZaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransızamanı deyib.
O bildirib ki, 2020-ci ildən etibarən icbari tibbi sığortanınmaliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçiriləninvestisiyalar nəticəsində 135.5 milyon manat gəlir əldəolunub:
"2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir.İnvestisiyalardan əldə olunan hər bir vəsait sığortaolunanlara dahakeyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadəolunur”.
Sədr əlavə edib ki, səhiyyəyə ayrılan vəsait 2.8 milyard manatıötür. Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyəayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilənsığortahaqları təşkil edir.
Onun sözlərinə görə, Agentlik 2020-2023-cü illər və 2024-cü ilinilk 10 ayı ərzində dövlət tibb müəssisələrini 400 milyon manatdançox məbləğdə dərman və tibbi sərflə təmin edib.