“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub.
Publika.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 17-ci turuna təsadüf edib.
“Sumqayıt”la görüşdə vurulan sonuncu qol yubiley xarakteri daşıyıb. “Qarabağ”ın öz meydanındakı 900-cü qoluna Toral Bayramov imza atıb.
Ağdam klubu “900”-ə 464-cü ev matçında çatıb. “Qarabağ” öz meydanında 900 və daha çox qol vuran ikinci komanda olub. Bunadək yalnız “Neftçi” öz meydanında bu qədər qola imza atıb.