RU

Onkoloji xəstələrə şad xəbər

"Onkoloji xəstəliklərin diaqnostikasında istifadə edilən Pozitron emissiya tomoqrafiyasının icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə edilməsi ilə bağlı xərclər hesablanır".

"Cebheinfo.az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Milli Onkologiya Mərkəzi ilə bu istiqamətdə danışıqlar gedir:

"Həmin aparatların sayının artırılması, müayinənin əhali üçün əlçatan olması təmin edilməlidir. Gələn il yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".

Избранный
22
12
cebheinfo.az

10Источники