RU

Uşaqlarda mədə ağrısı və qastrit: Diaqnoz və müayinə metodları

"Uşaqlarda mədə ağrısı və ya qastrit diaqnozunun qoyulmasında üçün Urea nəfəs testi, nəcisdə “Helicobacter Pylori” antigen testinin təyini, endoskopiya, mədə pH ölçümü, qanın analizləri və ultrasəs müayinələrindən (UZİ) istifadə olunur".

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Dilarə Bayramova açıqlayıb.

Onun sözlərinə görə, diaqnoz üçün əvvəlcə xəstədən ətraflı məlumat alınır: “Xəstənin şikayətləri, xəstəlik tarixçəsi, istifadə etdiyi dərmanlar, yemək vərdişləri ətraflı şəkildə sorğulanır. Sonra fiziki müayinə aparılır. Fiziki müayinə zamanı qarın nahiyəsinə toxunma ilə artan ağrı əlamətlərinin olub olmadığı araşdırılır. Daha sonra qarın boşluğunun yuxarı hissəsi ultrasəs ilə müayinə olunur. “X-ray” yalnız mədədə perforasiya şübhəsi olduqda aparılır”.

Pediatr bildirib ki, dəqiq diaqnoz üçün endoskopik müayinə tələb olunur: “Endoskopiya ucunda işıqlı kamerası olan boru şəkilli cihazla ağızdan daxil edilərək, mədə müayinəsi həyata keçirilir. Lazım gələrsə, endoskopiya zamanı mədədən toxuma nümunəsi də götürülür. Bədəndə iltihabı və patogenləri aşkar etmək üçün qan testləri aparılır. Autoimmün qastrit varsa, qanda mədə hüceyrələrinin komponentlərinə qarşı antikorlar aşkar edilə bilər”.

Musavat.com

Избранный
18
7
musavat.com

8Источники