RU

Bu ərazilərdə güclü külək əsir - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s, Goranboyda 15m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Избранный
9
24
moderator.az

10Источники