RU

Əsədlə bərabər o da yoxa çıxdı – Devrilmiş liderin qardaşı haradadır?

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İraq ərazisində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun sözçüsü Miqdad Miri deyib: “Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin İraqda olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Bəşər Əsədin devrilməsindən sonra Mahir Əsəd də yoxa çıxıb. Müxalif qüvvələr paytaxt Dəməşqə girdikdən sonra Mahir Əsədin ələ keçməsi barədə məlumat yayılsa da, sonradan bunun doğru olmadığı aydınlaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
26
teleqraf.com

1Источники