RU

"Üçüncü qoldan sonra..." - İnzagi 6:0-dan danışdı

İtaliya A Seriyasının 16-cı turu çərçivəsində dünən keçirilən matçda "Latsio"nı 6 cavabsız qolla üstələyən "İnter"in baş məşqçisi Simone İnzagi sabiq komandası üzərində böyükhesablı qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:

"İlk növbədə, əla formada olan komandanı məğlub etmək vacib idi. İlk 20 dəqiqədə istədiyimiz kimi oynaya bilmədik, amma sonra səviyyəni qaldırdıq və üçüncü qoldan sonra hər şey əla alındı. Bu uşaqlar üç il yarımdır ki, mənim üçün çox çalışırlar. Onların məşqçisi olmaqdan çox məmnunam. Hələ heç nə əldə etmədiyimizi bilirik, lakin əla vəziyyətdə olan bir komandaya qarşı çox yaxşı qələbədir".

İnzagi 22 il "Latsio"nun sistemində olub. O, paytaxt komandasının heyətində 1 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun, 1 dəfə İtaliya Superkubokunun və 1 dəfə UEFA Superkubokunun qalibi olub. Sözügedən çalışdırıcı baş məşqçi qismində "Latsio"ya 2 dəfə İtaliya Kubokunu və İtaliya Superkubokunu qazandırıb.

Nihat

Избранный
8
fanat.az

1Источники