RU

Bu rəhbər şəxslər Milli Məclisə dəvət ediləcək

Regionlarda fəaliyyət göstərən kitabxana və muzeylərin, o cümlədən musiqi məktəbi və mədəniyyət mərkəzlərinin rəhbərləri Milli Məclisə dəvət ediləcək.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 17-də keçirilən iclasında komitə sədri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi də bu məsələdə parlamentin Mədəniyyət komitəsinə köməklik göstərməyə hazırdır:

“Mən bu təsisatlardakı vəziyyətlə yaxından maraqlanmaq, orada hazırda durumun necə olduğunu öyrənmək istəyirəm. Həmin şəxslərlə görüşümüzdə onların da fikir və təkliflərini dinləyəcəyik”.

Избранный
11
4
konkret.az

5Источники